Ru
14:42 / 22 Noyabr 2025

İranı toz basdı – Ölkə distant rejimə keçdi

İranı toz basdı – Ölkə distant rejimə keçdi
Eye

Tehranda hava şəraiti ilə əlaqədar uşaq bağçaları və məktəblər bu gündən noyabrın 26-na qədər distant (onlayn) rejimdə fəaliyyət göstərəcək.

Bakupost.az xəbər verir ki, şəhərin mərkəzinə avtomobillərin girişi qadağan edilib, xroniki tənəffüs və ürək-damar xəstəlikləri olan işçilər, hamilə qadınlar və kiçik uşaqları olan valideynlər isə məsafədən işləmək hüququ qazanıblar.

Tehran Hava Keyfiyyəti İdarəsinin məlumatına görə, noyabrda demək olar ki, bütün ay boyu (21 gün) paytaxtda hava həddindən artıq çirkli olub.

Xuzistan əyalətində də hava çirkliliyi səbəbindən Əhvaz, Karun, Bavi, Hamidiyə və Şuştr şəhərlərində məktəb və universitetlər bu gün və sabah distant rejimdə çalışacaq.

Bu gün səhər Təbrizdə hava keyfiyyəti indeksi (PM2.5) 156 olub. Bu göstəricilər hava çirkliliyi həddindən dəfələrə artıqdır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar