Səhər saatlarında İranın müxtəlif şəhərlərində partlayışlar baş verib.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Mənbə Kərəc, Əhvaz, Mahabad və Şirazda partlayış səsləri eşidildiyi, qırıcı təyyarələr və mərmilərin uçduğu görünüb.
İranın dövlət mediası və rəsmi qurumlar məsələ ilə əlaqədar heç bir məlumat verməyiblər.
Xatırladaq ki, aprelin 8-də ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.
ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.