“Rusiyanın Qara dənizdə mülki yük gəmilərinə qarşı terroru qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdid yaradır və qiymətlərin kəskin artmasına səbəb ola bilər”.
"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
“Rusiyanın Qara dənizdə mülki yük gəmilərinə qarşı terrorunu gücləndirməsi qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Əgər Moskva hücumlarını dayandırmasa, bunun nəticəsində yaranacaq ərzaq qiymətləri şoku ən çox əhalinin həssas təbəqələrinə, xüsusilə Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikasında zərbə vuracaq”, - o bildirib.
Ukraynalı nazir dünya ictimaiyyətini həmrəy olmağa, region ölkələrini isə Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Qara dənizdə gəmiçilik azadlığına qarşı hücumların dərhal dayandırılmasını tələb etməyə çağırıb:
“İranın Hörmüz boğazında etdiyini Rusiya Qara dənizdə edir. Susmayın! Rusiya terrorunu, ərzağın silaha çevrilməsini və aclığın müharibə aləti kimi istifadə olunmasını dayandırmaq üçün indi hərəkətə keçin”.