İranın endirdiyi zərbə nəticəsində İordaniyada iki ABŞ hərbçisi həlak olub.
"Bakupost" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, həlak olan hərbçilərin ailələrinə hörmət əlaməti olaraq, yaxın qohumlarına məlumat verildikdən sonrakı 24 saat ərzində onların kimliyi daxil olmaqla, heç bir əlavə məlumat açıqlanmayacaq.
ABŞ Mərkəzi Komandanlığı, həmçinin bir hərbçinin itkin düşdüyünü, dörd nəfərin isə xəsarət aldığını bildirib. Xəstəxanaya yerləşdirilən yaralılar artıq evə buraxılıblar.
Qeyd edək ki, hadisə iyulun 17-də baş verib.