Ru
14:25 / 20 Avqust 2026

İranın neft ixracı sıfıra düşdü

İranın neft ixracı sıfıra düşdü
Eye

İran Mərkəzi Bankının rəhbəri Əbdülnasır Himməti ölkənin hazırda heç bir neft ixrac etmədiyini bildirib.

“Bakupost” xəbər verir ki, Himməti ABŞ-nin dəniz blokadasının İran və region ölkələrinə təsirlərini qiymətləndirərkən neft ixracının sıfıra endiyini deyib.

Onun sözlərinə görə, hökumət və Mərkəzi Bank bu vəziyyəti əvvəlcədən proqnozlaşdırıb və bununla bağlı tədbirlər görüb.

Himməti bildirib ki, İranın əsas problemi xaricdəki maliyyə ehtiyatlarına çıxışın ABŞ tərəfindən bloklanmasıdır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar