Suriya Xarici İşlər Nazirliyi İranın Türkiyə və Azərbaycana hücumlarını pisləyən bəyanat yayıb.
Bakupost.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur:
“Suriya Ərəb Respublikası İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasını ballistik raket və dronlarla hədəfə alması şiddətlə qınayır. Biz bu hərəkətləri dövlət suverenliyinin açıq şəkildə pozulması və beynəlxalq təhlükəsizlik və stabilliyə təhdid kimi qiymətləndiririk. Suriya Türkiyə və Azərbaycanla tam həmrəylik ifadə edir və regional sülh və təhlükəsizliyi qorumaq üçün beynəlxalq ictimaiyyəti öz məsuliyyətlərinə əməl etməyə çağırır”.