Rəşid Hacılı
İranın azarı, ağrısı bəzilərinin dediyi kimi orada qatı şiəlik ideologiyasının hakim olması deyil. Bunun rolu var. Amma həlledici bu deyil.
Özəlliklə Azərbaycana yönəlik siyasətinin kökündə İslamdan, şiəlikdən tam fərqli ideoloji qatqılar durur.
Bunu İranın Azərbaycana və Ermənistana yönəlik addımlarında və siyasi ritorikasında aydın görmək olar.
Ermənistanı hər mümkün yolla dəstəkləməyə çalışmaq. Azərbaycanı hər mümkün yolla qısnamağa çalışmaq.
Bunda İslam və şiəlik yoxdur.
Zəngəzur dəhlizinə Türk dəhlizi, Turan dəhlizi adı verib ona qarşı səlib yürüşünə başlamaq, SEPAH-ı yollamaq.
Bunda İslam və şiəlik nə gəzir?
Şimal-Cənub dəhlizinin Azərbaycandan yan keçməsi üçün dəridən-qabıqdan çıxmaq, Azərbaycandan keçən hazır və düzənlik yolları qoyub Ermənistan ərazisində dağlara dırmaşmaq, dar yollarla oradan Gürcüstana, sonra Qara dənizə çıxmağa çalışmaq, Azərbaycandan yan keçməyə israrla çalışmaq.
Budurmu İslam və şiəlik?
Bütün bu siyasət və propoqandanın mənbəyi haradır? İran ali dini lideri və onun böyür başı. Özü və köməkçiləri, nümayəndələri, SEPAH-ı, ona çox yaxın olan deputatlar, məmurlar, ayətüllahlar.
İslam və şiəlik hara, onların bu siyasətləri hara?
İslam və şiəlik deyilsə, bəs nədir sancıları?
Nədir onlara: Erməni xalqı ilə İran xalqı eyni kökdəndir dedizdirən?
Nədir onlara dedizdirən: Türklərin güclənməyi İran üçün təhlükədir.
Nədir Vilayəti kimilərə dedizdirən ki, İran türkləri türk deyillər.
Farsdırlar, ariyandırlar. Dönüblər, türk dilində danışırlar. İndi geri dönüb fars olmalıdırlar?
Nədir onlara dedizdirən: Zəngəzur Ermənistan nəzarətində olmalıdır, Azərbaycanın yox. Rusların da nəzarətinə razıyıq, təki Türk olmasın?
Bunları dedizdirən İslam deyil, şiəlik deyil.
Bəs nədir?
Pan-İrançılıq
Pan-ariyançılıq
Pan-farsçılıq
İranın baş mollası və ətrafı qatı pan-farsçıdır, pan-ariyandır.
Məhz bu səbəbdən də onlar Azərbaycana qarşıdır, Türklərə qarşıdır.
Türkləri sevmir, onlara qarşı xofu var.
Onlar panfars və panariyan üzlərinə islam və şiəlik maskası geyməklə onu gizlətməyə çalışırlar.
Rus şovinizmi nədirsə, İrandakı fars şovinizmi odur.
Fars şovinizmi üstəlik daha aqressivdir. Sadəcə gücü ruslardakı qədər deyil
Türkləri niyə sevmirlər, nədir xofları?
Türk xofu fərdlərə qarşı deyil. İrqçı səviyyədə deyil.
Türkləri İranın indiki fars dominantlığına əsaslanan millətçi siyasi quruluşunu parçalayacaq güc kimi görürlər.
Bu ədalətsiz və əzici quruluşu dəyişməkdən, yumşaltmaqdan, türklərə öz haqqlarını azacıq tanımaqdan belə qorxurlar.
Türk xofu özünün 10 milyonlarla vətəndaşından qorxudan qaynaqlanır.
İranın dəyişə, rahatlaşa bilməməsinin, aşırı, aqresdiv ideoloji axınlara təslim olmasının da nədəni budur.
Onların düşüncəsinə görə, ölkədəki türkləri əsarətdə saxlaya bilmək, əzə bilmək, assimilyasiya edə bilmək İranın yeganə çıxış yoludur.
Fars şovinizminin sağalmasının bir əlacı var. İrandakı türklərin öz haqlarına qovuşması. İranın idarə olunmasında bərabər haqlarla iştirak etməsi.
Türk dilinin fars dili ilə eyni statusda olması.
10 milyonlarla Türkün öz dillərində məktəbi, idarəetməsi, qanunu, məkhəməsi, elmi, universiteti olması.
Əks halda İranda gələcək böyük kataklizmlərdən qaçmaq çətin olacaq.