Ru
16:33 / 13 İyun 2026

İranla ABŞ arasında sülh sazişinin ANONSU VERİLDİ: Kritik 24 saat

İranla ABŞ arasında sülh sazişinin ANONSU VERİLDİ: Kritik 24 saat
Eye

"İran ilə ABŞ arasında sülh sazişi 24 saat ərzində imzalana bilər".


Bakupost.Az xəbər verir ki, bu barədə Pakistanın Baş nazir Şahbaz Şərif "X" hesabında məlumat yayıb.

"Biz sülh müqaviləsinə heç vaxt olmadığı qədər yaxınıq. Sazişin yaxın 24 saat ərzində yekunlaşdırılması gözlənilir və Pakistan dərhal sonra sülh müqaviləsinin elektron qaydada imzalanmasına hazırlaşır. Bunun ardınca isə gələn həftə texniki səviyyədə danışıqlar baş tutacaq. Bu tarixi sülh sazişinin davamlı sülh üçün güclü bir təməl formalaşdıracağına əminliyimiz tamdır", - deyə Ş.Şərif paylaşımında qeyd edib.

Baş nazir danışıqlar zamanı nümayiş etdirdikləri davamlı sadiqliyə görə Amerika Birləşmiş Ştatlarına və İran İslam Respublikasına təşəkkürünü bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar