Ru
19:12 / 19 Sentyabr 2026

İranla müharibəyə görə raket ehtiyatları tükəndi

İranla müharibəyə görə raket ehtiyatları tükəndi
Eye

ABŞ özünün tükənmiş sursat ehtiyatlarını bərpa etdiyi üçün müttəfiqlərinə raket tədarükündə ciddi gecikmələr olacağı barədə xəbərdarlıq edib.

“Bakupost” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, bir çox Avropa ölkələri ABŞ hərbçilərinin İrandakı müharibə zamanı öz arsenallarını tükətməsi səbəbindən əsas raketdən müdafiə və hava hücumundan müdafiə vasitələrinin tədarükünün ən azı beş il təxirə salınacağını gözləyirlər:

“Belə ki, Almaniya ABŞ-dən uzaqməsafəli “Tomahawk” qanadlı raketlərinin və “Typhon” quruda yerləşən buraxılış qurğularının tədarükünü sürətləndirməyi xahiş etsə də, ABŞ-də bu güclü silah ehtiyatlarının tükənməsi o deməkdir ki, onun istehsalçısı olan “Raytheon” şirkətinin yaxın beş il ərzində sifarişi yerinə yetirməsi ehtimalı aşağıdır.

Mövcud vəziyyət ABŞ-dən əlavə “Patriot” zenit-raket komplekslərinin göndərilməsini tələb edən Ukraynaya da birbaşa mənfi təsir göstərəcək.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, ABŞ İranla müharibədə özünün “Patriot” raketlərinin yarısından çoxunu, “Tomahawk” raketlərinin üçdə birini və dəqiq zərbə raketləri ilə “THAAD” sisteminin tutucu raketlərinin təxminən yarısını artıq istifadə edib”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar