İraqda keçirilən genişmiqyaslı antikorrupsiya əməliyyatı ölkədə böyük qalmaqala səbəb olub.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, sübh saatlarında həyata keçirilən reydlər zamanı külli miqdarda pul və qızıl müsadirə edilib.
“Gulf News”un məlumatına görə, təhlükəsizlik qüvvələri parlament üzvü Alia Nassifin evindən təxminən 15,5 milyon dollar nağd vəsait və xeyli miqdarda qızıl götürüb. Əməliyyat zamanı Nassiflə yanaşı, onun oğlu da saxlanılıb.
Saxlanılanlar arasında keçmiş baş nazir Məhəmməd Şia əl-Sudaninin keçmiş baş katibi də var. Reydlər Bağdadın yüksək təhlükəsizlikli Yaşıl Zonasında eyni vaxtda keçirilib.
İraq təhlükəsizlik mənbələri bildirir ki, əməliyyat Baş nazir Əli əl-Zeydinin göstərişi ilə başlayıb. Məqsəd ölkədə kök salmış korrupsiya şəbəkələrini dağıtmaqdır.
Əməliyyatların yaxın günlərdə daha da genişlənəcəyi gözlənilir.
Bahar Babașova, BakuPost