Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin 2029-cu ilə qədər Avropa İttifaqı (Aİ) ilə vizasız rejimə keçə biləcəyinə ümid etdiyini bildirib.
“Bakupost” xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə birgə mətbuat konfransında o, bu məqsədi seçkiqabağı dövrdə qoyduğunu xatırladaraq, çox şeyin ermənilərin özlərindən asılı olduğunu vurğulayıb.
Qeyd edək ki, İrəvanla Brüssel arasında viza liberallaşdırılması ilə bağlı danışıqlar 2024-cü ilin sentyabrında başlayıb. 2025-ci ilin noyabrında isə Aİ rəsmi olaraq müvafiq fəaliyyət planını Ermənistana təqdim edib.
Rüfət Sultan,
BakuPost