Ru
18:50 / 11 Avqust 2026

İrəvan və Tehrandan TRIPP layihəsi ilə bağlı mühüm addım - Xandanyan AÇIQLADI

İrəvan və Tehrandan TRIPP layihəsi ilə bağlı mühüm addım -  Xandanyan AÇIQLADI
Eye

Ermənistan və İran arasında TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub.


"Bakupost" Armenpress-ə istinadla xəbər verir ki, bunu parlamentin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sarkis Xandanyan bildirib.

Onun sözlərinə görə, ABŞ və İran arasında mövcud gərginlik layihənin həyata keçirilməsinə mane olmayacaq.

“Ermənistan və İran arasında TRIPP layihəsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub və hesab etmirəm ki, İran-Amerika münasibətlərindəki gərginlik bu proqramın həyata keçirilməsinə təsir göstərə bilər. Dəmir yolu məsələsi gündəmdədir. Hazırda onun yerləşəcəyi ərazi və məqsədəuyğunluğu öyrənilir. Yoxlamalar başa çatdıqdan sonra tikinti işlərinə başlanacaq. Mən siyasi maneə görmürəm”, – Xandanyan qeyd edib.

Deputat əlavə edib ki, İrəvan Vaşinqton və Tehran arasında mümkün qədər tez sülh əldə olunacağına ümid edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar