Ru
17:00 / 24 Sentyabr 2026

İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE

İşdən çıxarılan icra başçısı kimdir?  - DOSYE
Eye

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"Bakupost" xəbər verir ki, 43 yaşlı Ovni Muradov Babək rayon Nehrəm kəndində anadan olub. 2004-cü ildə Naxçıvan Dövlət Unversitetinin tarix ixtisasını bitirib.

2002-ci ildə əmək fəaliyyətinə Babək rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəbinə müəllim vəzifəsinə təyin olunaraq başlayıb. 2014-cü ildə Babək rayon Nehrəm kənd 2 saylı tam orta məktəbində direktor vəzifəsində çalışıb.

2016-2018-ci illərdə Babək rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsində çalışıb.

2023-cü il sentyabr ayının 12-dən 2023-cü il oktyabr aynın 16-nadək Naxçıvan Muxtar Respublikası təhsil nazirinin vəzifələrini müvəqqəti icra etmək ona həvalə edilib.

2024-cü ilin aprel ayında Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar