Bakının bir sıra yollarında tıxac yaranıb.
"Bakupost" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda tıxac olan yollar:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
5. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.