Ru
20:56 / 28 Avqust 2026

İşğaldan azad edilmiş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı

İşğaldan azad edilmiş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.


Bu dəfə Ağdərə, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı, Xocavənd rayonlarında və Xankəndi şəhərində daha 40-dək şəxsə proqram çərçivəsində mal və materiallar təqdim edilib.

Verilmiş avadanlıqlar hesabına onlar un məmulatlarının istehsalı, kiçik dərzi sexi, broyler inkubatoru, avtomobil şinlərinin bərpası və təmiri, avtotəmizləmə, qadın gözəllik salonu, kişi bərbərxanası, dönərxana, avtoçilingər xidmətləri üzrə kiçik bizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

İşğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 950-yə yaxın şəxs özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatlarını qurub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar