Ru
21:30 / 11 Dekabr 2025

İŞİD-in mühasibi olan azərbaycanlı ilə bağlı - YEKUN QƏRAR

İŞİD-in mühasibi olan azərbaycanlı ilə bağlı - YEKUN QƏRAR
Eye

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən, İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə təqsirləndirilən Mircəlal Salahov və qardaşı Mircavad Salahovun barələrində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Bakupost.az xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, kassasiya şikayəti və ya kassasiya protesti isə təmin edilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mircəlal Salahov və Mircavad Salahovun hər biri 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, Mircavad Salahov Suriyanın Rakka şəhərində İŞİD terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilib, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnib.

Daha sonra o, İŞİD terror təşkilatında mühasib kimi fəaliyyətə başlayıb, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış təşkilat üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərib, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənib.

Həmçinin müəyyən edilib ki, Mircavad Seyidağa oğlu Salahov İŞİD terror təşkilatına qardaşı Mircəlal Seyidağa oğlu Salahov tərəfindən cəlb olunub. Mircəlal Salahov sözügedən terror təşkilatının Suriyada apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.

Cinayət işi üzrə Mircavad Salahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin 281-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham irəli sürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar