İslandiya 2026-cı ildə Vyanada keçiriləcək "Eurovision-2026" mahnı müsabiqəsinə İsrailin iştirak hüququna görə təmsilçisini göndərməyəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Avstriyanın "Der Standard" qəzeti məlumat yayıb.
Ölkə bu səbəbdən müsabiqədən imtina edən Avropa Yayım İttifaqının beşinci üzvü olacaq. Əvvəllər Niderland, İspaniya, Sloveniya və İrlandiya oxşar planları açıqlayıblar.
Müsabiqənin 70-ci yubileyi 2026-cı ildə Vyanada keçiriləcək. İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə bir neçə ölkə müsabiqəni boykot edir.
Xatırladaq ki, 1967 və 2015-ci ildən sonra Vyana şəhəri bu beynəlxalq musiqi tədbirinə üçüncü dəfə ev sahibliyi edəcək.