Ru
15:00 / 16 Oktyabr 2025

"İsrail HƏMAS-ın varlığına seyrçi qalmayacaq" - Elxan Şahinoğlu

"İsrail HƏMAS-ın varlığına seyrçi qalmayacaq" - Elxan Şahinoğlu
Eye

"Ağ Ev Azərbaycanın Qəzzada beynəlxalq qüvvələrin tərkibində təmsil olunmasını istəyir. Pentaqon həm İsrail, həm də Fələstinlə yaxşı münasibətlərə malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın Qəzzaya hərbçilərinin göndərməsinin tərəfdarıdır. Donald Tramp administrasiyasının Azərbaycan Prezidenti İlham Əliyevi Misirdəki sammitə dəvət etməsi də buna dəlalət edir".

Bakupost.az siyasi şərhçi Elxan Şahinoğlu deyib.


Onun sözlərinə görə, Azərbaycan hərbçilərinin beynəlxalq qüvvələrin tərkibində Kosovo, İraq və Əfqanıstanda fəaliyyət təcrübəsi var.

"Ancaq Qəzzada vəziyyət daha mürəkkəbdir. Digər tərəfdən beynəlxalq qüvvələrin Qəzzadakı rolunun nədən ibarət olacağı hələ müəyyənləşməyib. HƏMAS tərksilah olunmasa bölgədə gərginlik yenə artacaq. Bunu ABŞ Prezidenti Donald Trampın və İsrailin baş naziri Benyamin Netanyahunun son açıqlamaları da sübut edir. Tramp CNN kanalına müsahibəsində deyib ki, HƏMAS hərəkatı Amerika prezidentinin sülh planının şərtlərinə əməl etməsə, o İsrail ordusunun Qəzza küçələrinə qayıtmasına icazə verəcək. Bu açıqlama İsrail rəsmilərinin HƏMAS-ın ünvanına daha sərt açqlamalarına yol açıb. İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, HƏMAS hərəkatı tərksilah etməkdən imtina edərsə, İsrail Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək. İsrailin baş naziri Binyamin Netanyahu isə daha sərt bəyanat verərək bildirib ki, ölkəsi HƏMAS-a qarşı mübarizəni hələ başa çatdırmayıb və məqsəd terror təşkilatını tamamilə məhv etməkdir. Yəni Qəzzada atəşkəsə riayət olunsa da, İsrail HƏMAS-ın varlığına seyrçi qalmayacaq. HƏMAS isə tərksilah olunmağa hazır deyil. Belə bir vəziyyətdə Qəzzadakı beynəlxalq qüvvələr atəşin mərkəzində qala bilərlər. Bu mənada beynəlxalq qüvvələrin Qəzzada fəaliyyətə başlaması HƏMAS qruplaşmasının tərksilahından asılı olacaq",- deyə o əlavə edib.

Ayxan,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar