Ru
20:15 / 08 İyun 2026

İsrail Livanda "Hizbullah"a hücumları bərpa etdi

İsrail Livanda "Hizbullah"a hücumları bərpa etdi
Eye

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubunda "Hizbullah" qruplaşmasının mövqelərinin yerləşdiyi altı yaşayış məntəqəsinə zərbələr endirib.


Bakupost.az xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə, Burc əş-Şimali, Xaraib, Xirbət-Duveyr, Əl-Maaşuq, Əs-Samaiyə və Əl-Xoş qəsəbələrinə endirilən silsilə hava zərbələri Livan ərazisindən Yuxarı Qalileyaya doğru raketlərin buraxılmasından sonra həyata keçirilib.

"Hizbullah"ın yaydığı bəyanatda isə bildirilir ki, qruplaşmanın döyüşçüləri Livanın cənubundakı Əl-Edeysə rayonuna daxil olan İsrail ordusunun hərbi karvanını atəşə tutublar. Məlumata görə, hücum nəticəsində sursat daşıyan yük avtomobili vurulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar