İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi istefa verib.
Bakupost.az xəbər verir ki, bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ona bu vəzifəyə başqa şəxsi təyin etmək niyyətində olduğunu bildirib.
İsrail mətbuatının məlumatına görə, qərar baş nazir ilə Haneqbi arasında ötən ay Qətər ərazisində əməliyyatın keçirilməsi barədə əmrlə bağlı və həmçinin Qəzza zolağında “Gideon wheels 2” əməliyyatının başlanması ilə bağlı fikir ayrılıqları fonunda qəbul edilib.
Lalə, BakuPost