Xəbər verdiyimiz kimi, İsrail Prezidenti İshaq Hersoq Azərbaycanda səfərdədir. O, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün Bakıya səfər edib.
“Bakupost” xəbər verir ki, İsraildən Azərbaycana ən yaxın və münasib hava yolu Türkiyə və ya İran üzərindəndir.
Hazırda həm Türkiyə, həm də İran İsrail təyyarələri üçün hava məkanını bağlayıb. Ona görə də İshaq Hersoqun təyyarəsinin də Türkiyə və ya İran hava məkanlarından yan keçən marşrutu seçdiyi iddia edilir.
Bu marşrut isə Təl-Əvivdən havaya qalxdıqdan sonra Aralıq dənizi üzərindən birbaşa Yunanıstan, Bolqarıstan, Qara dəniz və Rusiyadan dolanmaqla Xəzər dənizinin şimal-qərbi ilə Azərbaycana daxil olmağı nəzərdə tutur.
Məlumata görə, bu marşrut nəticəsində uçuş 5 saata yaxın uzanmış olur və Təl-Əvivdən Bakıya çatmaq 8 saatdan çox vaxt aparır. Halbuki Təl-Əvivlə Bakı arasında uçuş müddəti 3-3,5 saatdır.
Asena,
BakuPost