Ru
23:02 / 25 İyun 2026

İsrail Prezidentinin olduğu helikopter təcili eniş etdi

İsrail Prezidentinin olduğu helikopter təcili eniş etdi
Eye

Göyərtəsində İsrail Prezidenti İshaq Hersoqun olduğu helikopter təcili eniş edib.


Bakupost.az İsrail mediasına istinadla xəbər verir ki, hadisəyə hava gəmisinin quşla toqquşması səbəb olub.

Məlumata görə, hadisə axşam saatlarında, Hersoq "Sarsılmaz qaya" əməliyyatının 12-ci ildönümünə həsr olunmuş mərasimdən qayıdarkən baş verib.

Nasazlıq aşkar edildikdən sonra heyət helikopteri İsrail Müdafiə Ordusunun bazalarından birinə endirmək qərarına gəlib.

İsrail Prezidenti xəsarət almayıb. Daha sonra o, başqa helikopterə keçərək həlak olmuş hərbçinin ailəsigilə planlaşdırılmış səfərini davam etdirib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar