Ru
17:53 / 17 Fevral 2026

İsrail səfiri Dəniz Akademiyasında... - GÖRÜŞ

İsrail səfiri Dəniz Akademiyasında... - GÖRÜŞ
Eye

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasında rektor əvəzi Eldar Qocayevin İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ronen Krausz ilə görüşü keçirilib.

Bakupost.az xəbər verir ki, görüş zamanı Azərbaycan Dövlət Dəniz Akademiyası ilə İsrailin dənizçilik sahəsində fəaliyyət göstərən ali təhsil və təlim müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər akademik mübadilə proqramları, qısamüddətli təlimlər və yay-qış məktəblərinin təşkili, süni intellektin dənizçilik təhsilinə tətbiqi, birgə istehsalat təcrübələrinin təşkili, eləcə də elmi-tədqiqat layihələri üzrə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Qarşılıqlı maraq və konstruktiv dialoq şəraitində keçən görüşün sonunda tərəflər gələcək əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını və əməkdaşlığın sahə üzrə konkret ali təhsil müəssisələri və birgə layihələr vasitəsilə həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildiriblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar