İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Varşavadan Təl-Əvivə uçan sərnişin təyyarəsi ilə əlaqənin kəsilməsi xəbərindən sonra onu müşayiət etmək üçün havaya qaldırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) məlumat yayıb.
Bildirilib ki, təyyarə ilə əlaqənin kəsilməsindən sonra onu müşayiət etmək üçün iki qırıcı təyyarə göndərilib.
Uçuş izləmə xidmətlərinin məlumatına görə, uçuşu həyata keçirən Polşa Hava Yollarına məxsus təyyarə dönüş edərək, Aralıq dənizi üzərindən uçub.
İsrail Müdafiə Qüvvələri daha sonra təyyarə ilə əlaqənin bərpa olunduğunu və insidentin başa çatdığını açıqlayıb.
Qeyd edək ki, Polşa Hava Yollarına məxsus təyyarənin niyə radarı söndürdüyü bilinmir. Ancaq ilkin ehtimala görə, təyyarə Türkiyə üzərindən uçmağı planlaşdırıb. Yayılan məlumatda təyyarənin “dönüş edərək” Aralıq dənizi üzərindən uçması vurğulanır.
Xatırladaq ki, Türkiyə öz səmasını İsrail üçün bağlayıb.