İsrailli illüziyaçı Uri Geller canlı televiziya proqramında ABŞ prezidenti Donald Tramp haqqında səsləndirdiyi iddialarla beynəlxalq gündəmə gəlib.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, yaxın zamanda Trampın davranışlarında ciddi dəyişiklik olacağını iddia edib.
Gellerin sözlərinə görə, Rusiya, Şimali Koreya və İran tərəfindən hazırlanmış elektromaqnit texnologiyaları liderlərin qərarlarına təsir göstərə biləcək səviyyəyə çatıb. O iddia edib ki, bu sistemlər vasitəsilə Trampın beyninə siqnallar ötürülür.
Onun fikrincə, bu təsir fiziki deyil, “tezlik və dalğa effekti” ilə həyata keçirilir və insan zehninə uzaqdan müdaxilə mümkündür. O, bu prosesin artıq reallıq olduğunu və qlobal güc balansına təsir edə biləcəyini vurğulayıb.
Gellerin açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olsa da, bu iddiaları təsdiqləyən heç bir elmi və ya rəsmi sübut təqdim olunmayıb. Ekspertlər isə bu fikirləri daha çox spekulyativ və metaforik yanaşma kimi qiymətləndirirlər.
Bununla belə, bu cür açıqlamalar “psixoloji müharibə” və informasiya təsiri mövzusunda yeni müzakirələrin yaranmasına səbəb olub.
Bahar Babaşova, BakuPost