İsrail Polisi və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) keçən ay Yerusəlimdə İran kəşfiyyat orqanları ilə əlaqədə olmaqda və onlara işləməkdə şübhəli bilinən 20 yaşlı ABŞ vətəndaşını saxlayıb.
Bakupost.az xəbər verir ki, istintaqın məlumatına görə, son aylarda saxlanılan şəxs iranlı kuratorla əlaqə qurub və İsrailin strateji obyektlərinin foto və video çəkilişləri də daxil olmaqla müxtəlif tapşırıqları yerinə yetirib.
O, hər tapşırığa görə onlarla və yüzlərlə dollara qədər pul mükafatı alıb.
Bu gün şübhəli şəxsə qarşı ittiham aktı irəli sürülüb və məhkəmə araşdırması başa çatana qədər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət qaldırılıb.