Ru
19:35 / 08 İyun 2026

İsraildən Paşinyanın qələbəsinə reaksiya

İsraildən Paşinyanın qələbəsinə reaksiya
Eye

Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına töhfə verəcək.

Bakupost.az xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Ermənistan Baş naziri Nikol Paşinyanın partiyasının seçkilərdəki qələbəsini şərh edərkən X hesabında yazıb.

O bildirib ki, Paşinyan öz ölkəsini sülh yoluna yönəldib və Azərbaycanla barışığa gətirib çıxarıb ki, bu da regional sabitliyin, eləcə də əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, ən son məlumata görə, Ermənistan parlamentindəki 105 yerdən Nikol Paşinyanın partiyası (Mülki Müqavilə) 64, Samvel Karapetyanın partiyası (Güclü Ermənistan) 29, Robert Köçəryanın bloku (“Ermənistan”) isə 12 mandat əldə edib.

Şərhlər
  • B.Qarabağlı

    Cənab Nazir Gideon Saarın Ermənistandakı seçkinin xüsusilə Sülh dəyəri bütün liderlərə açıq-aydın hüquqi-siyasi mesajdır ki, Yer üzərində hər şüurlu İnsan-Vətəndaş, digər canlı mühit hər hansı təxribat və savaşın, hərbi təcavüz və müharibənin Kəskinliklə əleyhinədirlər! Həmin NİZAMLI münasibətdə necə olur ki, hər hansı lider sərhəddi aşaraq, digər dövlətin ərazisinə cinayətkar təcavüzə icazə, ya qərar verir?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar