Ru
17:37 / 29 İyun 2026

İsraildən xoş olmayan addım: Azərbaycan nə etməlidir?

İsraildən xoş olmayan addım: Azərbaycan nə etməlidir?
Eye

İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanımaqla bağlı verdiyi qərar Azərbaycanda da narahatlığa səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq, İsrail hökumətinin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıması qərarını tənqid edib.

XİN-in açıqlamasında qeyd edilir ki, tarixi hadisələrin siyasi maraqlar üçün təhrif olunması yolverilməzdir.

Həmçinin vurğulanır ki, bu cür addımlar barışıq və qarşılıqlı anlaşmaya xidmət etmir, əksinə, mövcud ziddiyyətləri daha da dərinləşdirir və regionda davamlı sülh səylərinə mane olur.

Sonda Azərbaycan XİN-i İsrail hökumətini qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

Üstəlik, İsrailin atdığı bu addım aydın məsələdir ki, Ermənistanda revanşist qüvvələrin əlinə işləyə bilər. Bu isə Azərbaycan-Ermənistan danışıqlarına da müəyyən dərəcədə mənfi təsir göstərə bilər.

Bəs indi Azərbaycan hansı addım atmalıdır?

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı Bakupost.az-a bildirib ki, Azərbaycan sözügedən məsələdə hansı addım atmaq lazım idisə, onu da atdı:

“Azərbaycan rəsmi şəkildə etməli olduğunu etdi. Xarici İşlər Nazirliyi bəyanat verərək İsrail tərəfinə bildirdi ki, qərara yenidən baxılsın. Bundan artıq heç nə etməməliyik. Bu məsələdə əsas hansı addım atılacaqsa, Türkiyə atacaq. Rəsmi Bakı Təl-Əvivlə Ankaranı barışdırmaq üçün müəyyən addımlar atır. Bunu açıq şəkildə etməsə də, hay-küy salmadan bu işləri görür. Əminəm ki, örtülü qapılar arxasında Azərbaycan Ankara ilə Təl-Əvivin vahid məxrəcə gəlmələri üçün əlindən gələni edəcək. Türkiyə qardaş ölkədir. İsrail isə Yaxın Şərqdə güclü dövlətdir. Yəhudilər ümumən dünyanı idarə edən, ABŞ-nin siyasətinə təsir edə bilən icmadır. Bunları nəzərə almalıyıq və nəzərə də alırıq”.

Müsahibimiz İsrailin addımının Ermənistanda Azərbaycanla sülhdə maraqlı olmayan revanşistlərin əlinə əlavə kart verəcəyilə bağlı fikirlərlə də razı deyil:

“Bu halın süh prosesinə heç bir təsiri olmayacaq. Çünki erməni revanşistlər, Koçaryan, Sarkisyan, Ruisyanın əlaltılarının artıq vaxtı keçib. İndidən belə, Ermənistan ayaq üstə durana qədər özünü yaxşı və praqmatik aparacaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar