Ru
16:49 / 13 Avqust 2026

İsrailin müdafiə naziri meydan oxudu: "Heç bir yerdən çıxmayacağıq"

İsrailin müdafiə naziri meydan oxudu:  "Heç bir yerdən çıxmayacağıq"
Eye

İsrail müdafiə naziri İsrael Katz Müdafiə Qüvvələrinə Livanda uzunmüddətli mövcudluğa hazırlaşmaq əmri verib. Bu əsasda da o, İsrailin Livan, Suriya və ya Qəzzadakı təhlükəsiz zonalarından çəkilməyəcəyini bildirib.

“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, Katz bu bəyanatla İsraillə həmsərhəd Livan kəndlərində fəaliyyət göstərən İsrail Müdafiə Qüvvələrinin qoşunlarını ziyarət edərkən çıxış edib.

"İsrail Müdafiə Qüvvələri şimal yaşayış məntəqələrini qorumaq üçün buradadır. Biz bütün bu ərazini təmizləyəcək və şimal sakinlərinin təhlükəsizliyini təmin edəcəyik. Heç bir halda təhlükəsiz zonalardan çəkilməyəcəyik: nə Livanda, nə Suriyada, nə də Qəzzada",- deyə Katz bildirib.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar