Ru
12:47 / 15 Avqust 2026

İsrailin Suriya planı: Yeni savaş nə vəd edir?

İsrailin Suriya planı: Yeni savaş nə vəd edir?
Eye

İranla münaqişə başa çatmamış İsrail indi də Suriya ilə savaşa getmək istəyir.
Ən azından İsrailin diaspor naziri Amichai Şiklinin bəyanatı belə düşünməyə əsas verir.
O, mətbuata açıqlamasında Suriya ilə hərbi münaqişənin qaçılmaz olduğunu bildirib.

"Bakupost" xəbər verir ki, o, Ərəb respublikasını "steroid Qəzza" adlandırıb və son dərəcə qeyri-sabit bir ölkə kimi təsvir edib.
Bu əsasda da bəyan edib ki, orada müharibədən qaçmaq mümkün olmayacaq.
Politoloq Qabil Hüseynli “Bakupost”a bildirib ki, İsrail diaspor nazirinin bəyanatı sadəcə olaraq, qorxutmaq məqsədi daşıyır:
“Suriya artıq, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistandan ibarət “üçlər ittifaqı”nın qəyyumluğu altındadır. Belə olan halda, Suriyaya hücum İsrailə baha başa gələcək. Hətta BƏƏ, Qətər kimi ölkələr də Suriyaya kömək edəcəklər. Təl-Əviv Suriyanı Türkiyəyə yaxınlaşması ilə hədələyir, qorxudur. Amma əslində bununla özlərinin qorxduğunu büruzə verirlər. Belə bir avantüraya getmək İsrailin özünün bir dövlət olaraq məhv olmasına gətirib çıxara bilər. Bunu yəqin Təl-Əvivdə də başa düşürlər. Bu mənada israilli nazirin dedikləri düşünürəm ki, sadəcə olaraq şantaj etmək, qorxutmaq məqsədi daşıyır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar