Azərbaycanda işsiz əhalinin sayı açıqlanıb.
"Bakupost" Statistika Komitəsinə istinadla xəbər verir ki, 2026-cı ilin oktyabr ayının 1-i vəziyyətinə qeydiyyata alınmış işsizlərin sayı 251.2 min nəfərdir.
İşsiz əhalinin 53.5 faizini qadınlar təşkil edir. İşsizlikdən sığorta ödənişinin oeta aylıq məbləği isə 483.4 manat olub.