Ru
23:06 / 23 İyul 2025

İstanbul danışıqları: Rusiya və Ukrayna bu mövzuda razılığa gəldi

İstanbul danışıqları: Rusiya və Ukrayna bu mövzuda razılığa gəldi
Eye

Rusiya və Ukrayna İstanbulda keçirilmiş üçüncü danışıqlar raundunun nəticələrinə əsasən yalnız hərbi əsirlərin deyil, həm də mülki şəxslərin dəyişdirilməsi barədə razılıq əldə ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə TASS agentliyi mənbəsinə istinadən məlumat yayıb.

“Əsas nəticə odur ki, yalnız hərbi əsirlərin deyil, həm də mülki şəxslərin dəyişdirilməsi planlaşdırılır”, – deyə mənbə bildirib.

Qeyd edək ki, Moskva və Kiyev nümayəndə heyətləri arasında baş tutan bu görüş təxminən 40 dəqiqə davam edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar