Ru
18:06 / 15 Oktyabr 2026

İstanbulda Ermənistanın Müstəqillik Günü qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

İstanbulda Ermənistanın Müstəqillik Günü qeyd edildi -  Türkiyə XİN rəsmisi tədbirdə
Eye

Türkiyənin İstanbul şəhərində Ermənistan müstəqilliyinin 35-ci ildönümü münasibətilə tədbir keçirilib.


"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edilib ki, doqquz illik fasilədən sonra ilk dəfə keçirilən Ermənistanın Müstəqillik Günü tədbirini Ermənistanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Nairi Petrosyan aparıb.

Türkiyəni tədbirdə xarici işlər nazirinin müavini Berris Ekinci təmsil edib. Ekinçinin iştirakı ilə Türkiyə-Ermənistan münasibətlərində ilk dəfə bu səviyyədə təmsilçilik baş tutub.

Çıxışlardan sonra Türkiyə və Ermənistanın dövlət himnləri səsləndirilib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar