Ru
15:01 / 19 Fevral 2026

İstanbulda köstəbək əməliyyatı – 9-u polis olmaqla çoxsaylı həbslər var

İstanbulda köstəbək əməliyyatı – 9-u polis olmaqla çoxsaylı həbslər var
Eye

İstanbulda məlumat sızdırdığı müəyyən edilən 17 şübhəli barəsində həbs qərarı verilib. Şübhəlilər arasında polis, məhkəmə və gömrük əməkdaşları var.

İstanbul (Bakırköy) Prokurorluğu ictimaiyyətdə “Kasperlər” (ruh) kimi tanınan yeni nəsil silahlı cinayət təşkilatına qarşı aparılan istintaq çərçivəsində, təşkilatın iyerarxiyası daxilində hərəkət etdiyi müəyyən edilən 9-u polis, 1-i məhkəmə katibi, 1-i gömrük əməkdaşı, 1-i istefada olan polis olmaqla ümumilikdə 17 şübhəli barəsində saxlanılma qərarı verildiyini açıqlayıb.

Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən ictimaiyyətdə “Kasperlər” kimi tanınan cinayət təşkilatına qarşı aparılan istintaq çərçivəsində paralel əməliyyatlar zamanı əldə edilən rəqəmsal materialları araşdırıb.

Araşdırma nəticəsində təşkilat üzvlərinin dövlət qulluqçuları ilə əlaqə və maraq münasibətlərinə girdiyi, bu çərçivədə məhkəmə orqanları tərəfindən aparılan bəzi istintaqlarda təşkilatın rəhbər və üzvlərinin dövlət qulluqçularından cinayət, axtarış, nəqliyyat vasitəsi və saxlanılma qeydləri barədə məlumat əldə etdikləri müəyyən edilib.

Açıqlamada qeyd olunub ki, təşkilat iyerarxiyası daxilində hərəkət etdiyi dəyərləndirilən şübhəlilər barəsində İstanbul, Muğla, Bursa, Girəsun, Mersin və Şırnak vilayətlərində müəyyən edilən ünvanlarda saxlanılma, axtarış və müsadirə ilə bağlı göstəriş verilib.


Məhkəmə katibinin dəstə üzvləri ilə “WhatsApp” yazışmaları üzə çıxıb



İstintaq çərçivəsində cinayət şəbəkəsi üzvlərinə məlumat sızdırdığı iddia edilən şübhəlilərin bütün addımlarının izlənildiyi bildirilib. Məhkəmədə çalışan bir məhkəmə katibinin UYAP sistemi vasitəsilə dəstə üzvlərinə məlumat ötürdüyü müəyyən edilib.

Şübhəlinin, dəstənin “qırmızı bülleten”lə axtarışda olan üzvləri barədə də məlumat verdiyi öyrənilib. Araşdırılan mesajlarda dəstə üzvlərinin şübhəlidən “axtarış qeydi” ilə bağlı məlumat istədiyi, məlumat alındıqdan sonra isə ödəniş edildiyini göstərən yazışmaların mövcud olduğu bildirilib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar