VII Beynəlxalq Türk Dilli Jurnalistlər Media Forumu sentyabrın 15-də İstanbulda keçiriləcək.
“Bakupost”xəbər verir ki, forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən jurnalistlər, media rəhbərləri və sektor nümayəndələri iştirak edəcək.
Tədbirdə media sahəsində rəqəmsal inteqrasiya, süni intellekt, jurnalistika təhsili, turizm və media iqtisadiyyatı müzakirə olunacaq.
Forumda Türk dünyasının ortaq media məkanının yaradılması, media qurumları arasında əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələlərinə də diqqət yetiriləcək.
Vüsalə Hüseynova,
BakuPost