Təhsil eksperti, alim və sabiq millət vəkili Etibar Əliyevin təqdimatında “Bakupost TV”də yayımlanan “Dünyanı dəyişənlər” verilişinin növbəti buraxılışı maraqlı və düşündürücü müzakirələrlə yadda qalıb.
Bakupost.az xəbər verir ki, verilişin qonağı filologiya elmləri üzrə fəlsəfə doktoru, şair-tərcüməçi Qismət Rüstəmovla birlikdə “Nobel” mükafatının pərdəarxası məqamları, bu mükafata layiq görülən və görülməyən şəxslər, haqlı və mübahisəli qərarlar geniş şəkildə təhlil olunub.
Eyni zamanda, dünya ədəbiyyatının və elminin önəmli simalarının Azərbaycanda yetərincə tərcümə olunmaması və tanıdılmaması problemi də gündəmə gətirilib. Müasir elm, fəlsəfə və dərin düşüncə üzərindən aparılan söhbət tamaşaçını həm məlumatlandırır, həm də düşünməyə vadar edir.
Daha ətraflı video sujetdə: