Ru
16:03 / 23 Aprel 2026

İstefaya göndərildiyini sosial mediadan öyrənib

İstefaya göndərildiyini sosial mediadan öyrənib
Eye

ABŞ Hərbi Dəniz Qüvvələri katibi Con Felan istefasını rəsmi deyil, sosial mediada paylaşımından öyrənib.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, jurnalist Laura Lumerin mənbəyə istinadən verdiyi məlumata görə, Felan rəsmi olaraq xəbərdar edilməyib və işdən çıxarıldığını Pentaqon sözçüsü Şon Parnellin “X”də yayımladığı açıqlamadan öyrənib.

Lumer əlavə edib ki, Felanın müavini Hanq Kao ABŞ Hərbi Dəniz Qüvvələrinin müvəqqəti rəhbəri olacaq.

Daha əvvəl bildirilmişdi ki, Felanın Pentaqon rəhbəri Pit Heqset ilə gərgin münasibətləri olub. “Axios”a görə, katib prezident Donald Trampla yaxşı münasibətlər saxlayırmış. Lakin Heqset hesab edib ki, Felan Amerika liderinə birbaşa çıxışından istifadə edərək çox vaxt komandanlıq zəncirini pozur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar