Çində yaşayış komplekslərində istifadə olunmağa başlayan açıq hava dumanlama sistemi böyük maraq doğurub.
“Bakupost” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, sistem hava şəraitindən asılı olaraq hiss olunan temperaturu 10-15 dərəcəyədək azalda bilir. Yüksək təzyiqli nasoslar vasitəsilə havaya mikroskopik su damcıları püskürən sistem, damcılar buxarlanarkən ətrafdakı istiliyi udaraq mühiti sərinləşdirir. Bu zaman nə insanlar, nə də əşyalar islanır.
Mütəxəssislər bildirirlər ki, bağ, terras, restoran və digər açıq məkanlarda istifadə olunan bu texnologiya kondisionerlərlə müqayisədə daha az enerji sərf edir. Bundan əlavə, sistemin uçan həşəratların azalmasına və açıq havada daha rahat şəraitin yaradılmasına da kömək etdiyi qeyd olunur.
Röya Rizvanzadə, BakuPost