Ru
22:01 / 02 İyun 2026

İsveç miqrantların ailə üzvləri üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir

İsveç miqrantların ailə üzvləri üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir
Eye

İsveç hökuməti miqrantların ailə üzvləri üçün yaşayış icazəsi almasını çətinləşdirmək niyyətindədir.


Bakupost.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin miqrasiya naziri Yohan Forssell məlumat yayıb.

Yeni qanun layihəsinə əsasən, İsveçə gələnlərin gəlir səviyyəsinə qoyulan tələblər artırılır. Həmçinin ailəni gətirmək üçün müraciət etməzdən əvvəl iki il gözləmək də tələb olunacaq.

Hökumət bu addımla miqrantların özlərini maliyyə cəhətdən təmin etməsini və cəmiyyətə daha rahat uyğunlaşmasını hədəfləyir. Yeni qaydaya görə, həyat yoldaşını və iki uşağını İsveçə gətirmək istəyən şəxsin vergilər çıxıldıqdan sonra ən azı 23 818 kron (təxminən 2563 dollar) maaşı olmalıdır. Üstəlik, dövlət yardımları, işsizlik müavinətləri və subsidiyalı işlərdən gələn qazanclar artıq gəlir kimi nəzərə alınmayacaq.

Müraciət edən şəxsdən həm də bütün ailənin yaşaya biləcəyi kifayət qədər böyük mənzilinin olması tələb ediləcək.

İkiillik gözləmə müddəti ilə bağlı yeni qayda hamıya şamil olunmur. Əmək miqrantları, tədqiqatçılar, doktorantlar və qaçqınların bəzi kateqoriyaları bu məhdudiyyətdən azaddırlar.

Qanuna təklif edilən bu dəyişikliklərin cari ilin oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar