Rusiyanın Krasnoyarsk diyarında itlər azyaşlını parçalayıb.
Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Berezovski rayonunun “Teremok” bağ sahəsi yaxınlığında baş verib. 10 yaşlı oğlana sahibsiz itlər sürüsü hücum edib.
Bu gün uşağın parçalanmış meyitini təsadüfən maşınla yoldan keçənlər aşkarlayıb. Məktəblinin bədənində, o cümlədən baş nahiyəsində çoxsaylı dişləmə izləri aşkar edilib. İstintaqın ilkin versiyasına görə, uşaq səhər tanış çobanın yanına getmək üçün sahədən keçirmiş, lakin yolüstü it sürüsü ona hücum edib.
Hadisə ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır.