Ru
20:33 / 20 Avqust 2026

İxtisas seçimini neçə abituriyent təsdiqləyib? - AÇIQLANDI

İxtisas seçimini neçə abituriyent təsdiqləyib? - AÇIQLANDI
Eye

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.


"Bakupost" xəbər verir ki, 61516 plan yerinə qarşı 87 139 abituriyent seçim edib.

Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu rəqəmlər 25 623 nəfərin ali məktəblərə qəbuldan kənarda qalacağını göstərir:

“Təəssüf ki, artıq indidən xaricdə “atestatla qəbul” vədi verən müxtəlif şirkətlər də aktivləşməyə başlayıb.

Xaricdə təhsil almaq, əlbəttə, yaxşı seçim ola bilər. Amma burada əsas məsələ abituriyenti sadəcə xarici universitetə yerləşdirmək deyil. Universitetin ad-sanı, diplomun gələcəkdə tanınması, təhsilin keyfiyyəti və tələbənin sonrakı karyera imkanları əvvəlcədən araşdırılmalıdır.

Əks halda, bu gün “universitetə qəbul olundum” sevinci yaşayan gənc sabah diplomunun tanınması, təhsilin davamı və ya işə qəbul zamanı ciddi problemlərlə üzləşə bilər.

Valideynlərə çağırışımız: tələsik qərar verməyin! “100% qəbul”, “imtahansız qəbul”, “atestatla universitetə yerləşdirmə” kimi vədlərə kor-koranə inanmayın”.

Dövlət İmtahan Mərkəzi bəyan edib ki, ixtisas seçiminin nəticələro növbəti həftə ərzində elan olunacaq

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar