Ru
18:25 / 22 İyun 2026

İyunun 25-də imtahan verəcək şəxslərin DİQQƏTİNƏ

İyunun 25-də imtahan verəcək şəxslərin DİQQƏTİNƏ
Eye

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçılar xarici dillər üzrə imtahana buraxılış vərəqəsini çap edə bilərlər.


Bakupost.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Bildirilib ki, namizədlər və iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.

"Xarici dillər üzrə doktoranturaya qəbul imtahanı kağız daşıyıcılar vasitəsilə, doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı isə elektron formada keçiriləcək.


Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmır",- məlumatda qeyd edilib.

Qeyd edək ki, iyunun 25-də namizədlərin xarici dillər üzrə doktoranturaya qəbul və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar