Ru
19:24 / 16 Noyabr 2025

Juninyo 7 aydan sonra tilsimi qırdı

Juninyo 7 aydan sonra tilsimi qırdı
Eye

"Qarabağ"ın ölkəsinin "Flamenqo" klubuna satdığı braziliyalı hücumçu Juninyo uzun fasilədən sonra qol vurub.

Bakupost.az xəbər verir ki, o, A Seriyasının 12-ci turu çərçivəsində ötən gecə baş tutan matçda "Sport Resife"nin qapısına yol tapıb.

27 yaşlı forvard 56-cı dəqiqədə meydana çıxıb və 5 dəqiqə sonra komandasınn 2-ci qoluna imza atıb. Oyun "Flamenqo"nun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu, "Flamenqo"da heyətə düşməkdə çətinlik çəkən Juninyonun 7 aylıq fasilədən sonra ilk qoludur. O, sonuncu dəfə aprel ayında Libertadores Kubokunun qrup mərhələsində “Deportivo Taçira” ilə matçda fərqlənmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar