Ru
07:46 / 09 İyul 2022

Jurnalist ailəsinin yanında təhdid edildi

3337
Kanal 13-ün rəhbəri, jurnalist Əziz Orucov ailəsinin yanında təhdid edilib. 

Bakupost.az xəbər verir ki, bu barədə jurnalist feysbuk səhifəsində yazıb.

Bilirib ki, hadisə iyulun 7-si saat 19:00 -19:30 radələrində Sahil Bağında baş verib. 

Hündür boylu, 30-35 yaşlarında bir nəfər onlara yaxınlaşaraq, əvvəlcə uşağı öpüb, sonra aralarında belə bir dialoq yaranıb:

“Mənə baxaraq soruşdu:
-MƏNİ TANIDIN?
– YOX TANIMADIM, AMMA TANIŞ GƏLİRSƏN
-MƏN SƏNİ YAXŞI TANIYIRAM AMMA…
-BƏS SƏN KİMSƏN?
-BU UŞAQ OLMASA BİLƏRDİN
-ANLAMADIM
-HƏR ŞEY QURBAN UŞAĞA
-ALLAH SƏNİN DƏ BALALARINI QORUSUN
-MƏN ALLAH ZAD TANIMIRAM…
Ardınca Allahı təhqir edib mənə isə XƏBƏRDARLIQ etdi!
-BİR DƏ BELƏ ELƏSƏNİZ BİLİRSƏN NƏ OLACAQ!
Bunu deyib çıxıb getdi.
Bu adamın sifəti çox tanış gəldi ama bunu ancaq küçədə, yolda gördüyümü düşünürəm.
Mənim indiyədək kimsəylə şəxsi münasibət zəminində belə problemim olmayın. Bu adamı göndərən, tapşırıq verən, öyrədən kimdir bilmirəm, bildiyim odur ki, ictimai yerdə, parkın ortasında, günün günorta çağında məni təhdid elətdirdilər!”



Əziz Orucov 2017-cilin dekabrin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində 6 il azadlıqdan məhrum edilib. O, 5 aprel 2018-ci il tarixində məhkəmə qərarı ilə şərti azadlığa buraxılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər