Ru
12:55 / 26 Avqust 2026

Jurnalistlər aldadıcı başlığa görə saxlanıldı - FOTO

Jurnalistlər aldadıcı başlığa görə saxlanıldı  - FOTO
Eye

Türkiyənin Aydın şəhərindəki "Denge" qəzeti "Facebook" səhifəsində qara fonda "Ərdoğan vəfat etdi" başlığı ilə foto yayımlayıb.

"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, xəbər geniş yayılıb və istifadəçilər Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın öldüyünü düşünüblər. Əslində isə ölüm xəbərində Gülşen Ərdoğan adlı bir vətəndaşdan bəhs olunurdu.

Aydın Baş Prokurorluğu hadisə ilə bağlı Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsi ilə, yəni "ictimaiyyətə yanlış məlumat yaymaq" maddəsi ilə istintaq başladıb. Hadisə nəticəsində bir neçə jurnalistə qarşı cinayət işi açılaraq məhkəmə prosesi başladılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar