Ru
07:00 / 26 İyul 2026

Kadir İnanırın mirası ortaya çıxdı

Kadir İnanırın mirası ortaya çıxdı
Eye

Türkiyənin tanınmış aktyoru Kadir İnanırın vəfatından sonra onun mirası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.


"Bakupost" Lent.az-a istinadla xəbər verir ki, aktyorun geridə qoyduğu mirasa müxtəlif bölgələrdə daşınmaz əmlaklar, bank hesabları, eləcə də lüks saat, alışqan və qurbağa fiqurlarından ibarət kolleksiyalar daxildir.

Bildirilir ki, Kadir İnanır notariusun iştirakı ilə hazırladığı və məzmunu gizli saxlanılan üç ayrı vəsiyyətnamə tərtib edib. Həmin sənədlərin bu ilin sentyabr ayında açılması gözlənilir. Məlumata görə, 8 uşaqlı ailədən çıxan aktyorun yalnız böyük qardaşı sağdır. Mərhum sənətçinin bacı-qardaşının 24 övladı olduğu bildirilir.

Digər məlumata görə, İnanırın 24 illik həyat yoldaşı ilə də rəsmi nikahı olmayıb.

Aktyorun əmlakını və digər varidatını kimlərə vəsiyyət etdiyi də vəsiyyətnamələr açıldıqdan sonra məlum olacaq. Hazırda vəsiyyətnamələrin məzmunu ictimaiyyətə açıqlanmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar