Ru
21:51 / 10 Oktyabr 2026

Kadırov Azərbaycana niyə gəlib?

Kadırov Azərbaycana niyə gəlib?
Eye

Çeçenistan rəhbəri Ramzan Kadırov sonuncu dəfə Azərbaycana 2018-ci ildə səfər etmişdi.

Bakupost.az verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ramzan Kadırovun ölkəmizə səfərini şərh edərkən qeyd edib.

“Kadırov Prezident İlham Əliyevlə bugünkü görüşündə təyyarəmizin “qəzaya uğramasıyla” əlaqədar öz adından, bütün çeçen xalqı adından dərin hüznlə başsağlığı verib. “Bu, bizim ortaq kədərimizdir” deyən Kadırov qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşdüyünü və həlak olanların hamısının ruhuna dualar etdiyini bildirib.

Kadırovun Azərbaycan Prezidentinə müraciətində “xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək” cümləsi də diqqətçəkicidir.

Ramzan Kadırov İlham Əliyevlə birgə Ağ Şəhərdə olublar. Fikrimcə, bu səfər və Kadıvorun Ağ Şəhərlə tanışlığı onu deməyə əsas verir ki, Çeçenistanın Azərbaycanın yatırımlarına ehtiyacı var”, - o bildirib.

Asena,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar