Ru
16:01 / 10 Oktyabr 2026

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi
Eye

Çeçenistanın başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə 2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.


"Bakupost" xəbər verir ki, İlham Əliyevin bu gün Bakıda qəbulunda Ramzan Kadırov deyib:

"2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.

Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik".

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar