Ru
12:29 / 18 Sentyabr 2026

Kafedə turistə "sürpriz" hesab: Musiqi üçün əlavə pul istədilər - FOTO

Kafedə turistə "sürpriz" hesab: Musiqi üçün əlavə pul istədilər - FOTO
Eye

Venesiyanın məşhur San-Marko meydanında kafedə oturan turist hesabı görəndə təəccüblənib. Səbəb isə hesabda ayrıca göstərilən 7 avroluq musiqi haqqı olub.

"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, “Ta Nea”nın məlumatına görə, turist Venesiyanın San-Marko meydanında yerləşən tarixi kafelərdən birində əyləşib. Turist kafedən ayrılmaq istəyərkən hesabı tələb edib. Hesabı yoxladıqda isə canlı musiqiyə görə ondan əlavə 7 avro alındığını görüb.

Müştərinin paylaşdığı hesabda iki kruassan üçün 31 avro, iki “Aperol Spritz” üçün 34 avro və canlı musiqi ifasına görə 7 avro ödəniş göstərilib. Turist San-Marko meydanında yerləşən məşhur kafedə oturmağın baha başa gələcəyini əvvəlcədən bildiyini deyib. Lakin hesabda musiqi üçün ayrıca ödəniş yazılması onu təəccübləndirib.

Venesiyada restoran və kafelərin hesablarına bu cür əlavə ödənişlərin daxil edilməsi ilə bağlı hallar daha əvvəl də gündəmə gəlib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar