Ru
19:23 / 21 Aprel 2026

Kallasdan mühüm açıqlama: Qafqazda sülh...

Kallasdan mühüm açıqlama: Qafqazda sülh...
Eye

Brüssel regiondakı prosesləri prioritet məsələ kimi dəyərləndirir.


Bakupost.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının Avropa İttifaqı üçün son dərəcə vacib olduğunu bildirib.

Kallas jurnalistlərə açıqlamasında qeyd edib ki, iki ölkə arasında münasibətlərin sabitləşməsi və sülh prosesinin irəliləməsi Brüssel üçün strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Aİ xarici işlər nazirlərinin görüşündə regionla bağlı bir sıra məsələlər də müzakirə olunacaq.

Bunlara Ermənistanda yeni Avropa İttifaqı missiyasının yaradılması, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafı daxildir.

Kallasın bəyanatı Brüsselin Cənubi Qafqazda sabitlik və əməkdaşlıq proseslərinə artan diqqətinin növbəti göstəricisi kimi qiymətləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar